Rusiyalı diplomat: Biz Qarabağa silah sata bilmərik
"Ermənistan Qarabağı tanıyıb?"
Rusiya Qarabağa silah sata bilməz.
"Dalğa TV" Lragir.am-a istinadən xəbər verir ki, bunu Rusiyanın Yerevandakı səfiri İvan Volınkin Qələbə parkında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Erməni jurnalistlər səfirə xatırladıblar ki, Qarabağda müharibə getməsinə baxmayaraq Rusiya Azərbaycana silah satır.
Səfir suala cavab olaraq, deyib ki, ölkəsi Ermənistana da silah satır.
Səfiri müşayiət edən ikinci katib media nümayəndələrinə "mikrofonları söndürün" söylədikdən sonra bildirib:
"Ermənistan Qarabağı tanıyıb? Ermənistan tanımayanadək, Rusiya Qarabağa silah sata bilməz".