Hollivud ulduzu Donald Trampla görüşüb
Hollivud ulduzu, aktyor Leonardo Di Kaprio ABŞ-ın yeni prezidenti Donald Trampla görüşüb.
Dalga Tv xarici KİV-ə istinadən xəbər verir ki, görüşdə aktyorun “Leonardo DiCaprio Foundation” fondunun rəhbəri Temmi Tanninen də iştirak edib. Toplantıda ətraf mühitin qorunması ilə bağlı görülən işlərin ölkə iqtisadiyyatını möhkəmləndirə biləcəyi barədə müzakirələr aparılıb.
Qeyd edək ki, aktyor Leonardo Di Kaprio iqlim dəyişikliklərinə qarşı və vəhşi təbiətin qorunması uğrunda fəal mübarizə aparır.