Rusiyalı səfirin ölümünə görə məsuliyyəti bu təşkilat üzərinə götürdü
Suriyada Bəşər Əsəd hakimiyyətinə qarşı vuruşan “Ceyş Əl-Fəth” qruplaşması Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlinə görə məsuliyyəti öz üzərinə götürüb.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bu qruplaşma Hələbdə “Ən Nüsrə Cəbhəsi”nin də daxil olduğu hərbi müxalifət koalisiyasının üzvüdür.
Xatırladaq ki, Rusiya səfiri Andrey Karlov dekabrın 19-da Ankarada öldürülmüşdü. Onu 22 yaşlı keçmiş polis işçisi Mövlud Mert tapançadan açdığı atəşlə qətlə yetirib.