Türkiyədə məktəb proqramından Darvinin nəzəriyyəsi çıxarılıb

Türkiyənin Təhsil Nazirliyi Çarlz Darvinin təkamül nəzəriyyəsini məktəblər üçün tədris proqramından çıxarıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Haberturk" məlumat yayıb.

Dəyişikliklər 2017-ci ildə qüvvəyə minəcək. 12-ci sinif üçün biologiya dərsliyindən "Həyatın yaranması və təkamül" fəsli çıxarılacaq. Onun əvəzinə şagirdlər ətraf mühitin canlı varlıqlara təsirini öyrənəcəklər.

Tələbələr arasında iyulun 15-də qiyama dair kurs tətbiq ediləcək, "Turkish Minute" yazır.

Türkiyədə 2016-cı ilin iyul ayında hərbi çevrilişə cəhd olub. Qarşıdurmalar nəticəsində 240-dan çox adam ölüb. Qiyama dair işin araşdırılması çərçivəsində 40 mindən çox adam həbs edilib.