Türkiyədə miqrantları daşıyan qayıq batıb, 11 nəfər ölüb
Egey dənizinin Türkiyə sahilləri yaxınlığında, Quşadası istiqamətində qeyri-qanuni miqrantların olduğu qayıq batıb.
Dalga tv -nin “Hurriyyet”ə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 11 nəfər ölüb.
Məlumata görə, qayıqda 22 nəfər olub. Onlardan 8 xilas edilib, 3 nəfərin axtarışı davam edir.