Bağdadda partlayış nəticəsində ölənlərin sayı 17-yə çatıb, 60 nəfər yaralanıb

İraqın paytaxtı Bağdadda törədilən partlayış nəticəsində ölənlərin sayı 17-yə çatıb, 60 nəfər yaralanıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze nəzarət-keçid məntəqəsində yük maşınına yerləşdirilmiş partlayıcı qurğunu işə salıb.

Terror aktına görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib. Partlayışın İŞİD qruplaşması tərəfindən təşkil edildiyi ehtimal olunur.