Putin: Peterburq metrosundakı partlayışla bağlı bütün versiyalar nəzərdən keçirilir
Rusiya prezidenti Vladimir PutinSankt-Peterburq metrosunda baş vermiş partlayışla bağlı açıqlama verib.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, belaruslu həmkarı ilə görüşü zamanı Putin bildirib ki, partlayışla əlaqədar bütün versiyalar araşdırılır.
Onun sözlərinə görə, hələlik partlayışın səbəbləri məlum deyil.