Qadınlar təyyarədə saçyolmaya çıxdılar
Baltimor-Los Anceles marşrutu ilə uçan təyyarənin göyərtəsində sərnişinlər arasında dava düşüb.
Dalga tv publika.az-a istinadən xəbər verir ki, iki qadın sərnişinin yüksək səslə musiqi dinləməsi kənardakı sərnişinləri narahat edib. Narahatlıqlarını bildirən sərnişinlərlə musiqi dinləyənlər arasında mübahisə yaranıb.
Mübahisə edən qadınlar sonradan saçyolmaya çıxıblar. 5 qadın sərnişin bir-birini təhqir edərək əlbəyaxa olublar. Qadınların davasına digər sərnişinlər müdaxilə etməyib.
Təyyarə hadisə səbəbilə təcili eniş edib. Polis əməkdaşları tərəfindən ifadələri alınan 5 qadın sərbəst buraxılıb