Tramp Suriyaya raket zərbəsinin endirilməsinin səbəbini Konqresə açıqlayıb

ABŞ prezidenti Donald Tramp  Konqres üzvlərinə aprelin 7-nə keçən gecə Suriyaya endirilən raket zərbəsinə dair bildiriş məktubu göndərib.Dalga tv-nin  

APA-ya istinadən  xəbərinə görə, məktubun mətni tam olaraq Trampın zərbədən sonra səsləndirdiyi bəyanatı təkrarlayır. Belə ki, prezident Suriya hakimiyyətini aprelin 4-də İdlib əyalətində kimyəvi silahdan istifadə etməkdə ittiham edib.  Tramp, raket zərbəsinin kimyəvi silahdan istifadənin təkrarlanmasının qarşısını almaq məqsədi ilə endirildiyini qeyd edib.   

Qeyd edək ki, ABŞ-ın Homs əyalətindəki  “Şayrat” aerodromuna 59 raket atıb.  

Homs qubernatoru zərbə nəticəsində 5 hərbçi və 2 mülki şəxsin öldüyünü bildirib.