Gürcüstan prezidenti 91 məhkumu əfv edib
Gürcüstan Prezidenti Georgi Merqvelaşvili Pasxa bayramı münasibəti ilə 4-ü qadın olmaqla 91 məhkumu əfv edib.
Dalga tv “Report”a istinadən xəbər verir ki, bunu Əvf Komissiyasının sədri Zviad Koridze bildirib.
Komissiya aprelin 4-dən 6-dək 579 məhkumun cinayət işini araşdırıb.
Xatırladaq ki, aprelin 16-da xristianlar Pasxa bayramını qeyd edəcəklər.