Rus esgerleri Ermenistanda mina emeliyyatina basladi
Ermənistanın Erebuna şəhərində yerləşən Rusiya Cənub Hərbi Bölgəsinə bağlı istehkam birliyi bu ölkədə mina təmizləmə əməliyyatına başlayıb.
Dalga tv axar.az-a istinadən xəbər verir ki, bu barədə danışan Rusiya Cənub Hərbi Bölgəsinin sözçüsü polkovnik Vadim Astafyev rusların dağlıq bölgələrdəki hərbi təlim ərazilərində minalardan təmizləmə fəaliyyətinə başladığını qeyd edib.
Əməliyyat 10 hektarlıq ərazini əhatə edəcək. Əməliyyata 100 əsgər və 10-dan çox hərbi təchizat cəlb edilib.