Kiyevdə partlayış
Ukrayna paytaxtının tədris müəssisələrindən birinin həyətində naməlum obyekt partlayıb, binanın divarı zərər çəkib.
Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin Kiyev üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Polisin məlumatına görə, Lesya Kurbasa küçəsində yerləşən tədris müəssisəsinin ərazisində partlayış barədə polisə bazar ertəsi axşam saatlarında təsadüfən oradan keçən şəxs tərəfindən məlumat verilib.
“Partlayış nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə dərhal istintaq-əməliyyat qrupu yola düşüb.
Hüquq-mühafizə orqanları əməkdaşları ərazidə partlayan əşyanın nə olduğunu araşdırırlar. Partlayış zamanı binanın divarı zədələnib”, - məlumatda deyilir.