Türkiyənin tanınmış müğənnisi vəfat edib
Türkiyənin tanınmış müğənnisi İbrahim Erkal vəfat edib.
Dalga tv "Report"-a istinadən xəbər verir ki, o, bir aya yaxındır müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, 50 yaşlı müğənni evinin avtoparkında huşsuz vəziyyətdə tapılmış və təcili tibbi yardımla Beşiktaşdakı özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlər onun vəziyyətini ağır olaraq qiymətləndirmişdilər.
Xatırladaq ki, İ.Erkal 1966-cı il oktyabrın 10-da Türkiyənin Ərzurum şəhərində anadan olub.