Türkiyədə avtobus qəzasında ölənlərin sayı 23-ə çatıb
Türkiyənin Marmaris vilayətinində, Muğla-Antalya magistral yolunda turistlərlə dolu olan avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı 23-ə çatıb. APA-nın məlumatına görə, bu barədə Muğlanın valisi Əmir Çiçək bildirib.
"Son məlumatlara görə, xəstəxanaya yerləşdirilən yaralılardan bir neçəsi də dünyasını dəyişib. Hazırda ölənlərin sayı 23-ə, yaralananların sayı isə 8-ə çatıb", - deyə vali qeyd edib.