Ukraynalı turistlər Türkiyədə qəzaya uğrayıblar
Türkiyədə qəzaya uğrayan mikroavtobusda xəsarət alan Rusiya deyil, Ukrayna turistləridir.
Dalga tv Oxu.Az -a istinadən xəbər verir ki, bu barədə TASS-ın müxbirinə Rusiyanın Türkiyədəki səfirliyinin mətbuat-attaşesi İrina Kasimova bildirib.
“Muğla əyalətinin qubernatorluğundan bizə verilən məlumata görə, bu mikroavtobusda Ukrayna vətəndaşları olub. Sərnişinlər arasında rusiyalı olmayıb”, - o deyib.