ABŞ Rakkaya girir: 10 min sakin şəhəri tərk etdi
Suriyada İŞİD-in qalası kimi tanınan Rakka şəhərinə qarşı əməliyyat hazırlıqları başa çatıb.
Dalga tv Axar.az-a istinadən xəbər verir ki, hər gün yüzlərlə vətəndaş şəhəri tərk edir.
Verilən məlumatda qeyd edilir ki, əməliyyat başlayandan bu günə kimi şəhəri 10 minə yaxın rakkalı tərk edib. Onların şəhərin şimalındakı qaçqın düşərgələrinə sığındığı bildirilib.
Qeyd edək ki, ABŞ-ın rəhbərliyi altında koalisiya qüvvələri və PKK-ya bağlı YPG Rakkaya girməyə hazırlaşır.