İranda partlayış: 8 nəfər ölüb
İranın Həmədan şəhərində yaşayış binasında partlayış baş verib.
Dalga tv Oxu.Az-a istinadən məlumatına görə, partlayış nəticəsində 8 nəfər ölüb.
Həmədan əyalətinin təcili tibbi yardım mərkəzinin mətbuat katibliyi elan edib ki, şəhərin mərkəzində yaşayış binasında partlayış və yanğın baş verib. Yanğınsöndürənlər 20 nəfəri təxliyə edib. Səkkiz nəfər həyatını itirib ki, onlardan bir neçəsi uşaqdır