Kolumbiyada partlayış törədilib, ölən və yaralananlar var
Kolumbiyanın paytaxtı Boqotada ticarət mərkəzində törədilən güclü partlayış nəticəsində ölənlərin sayı üç nəfərə çatıb, ölənlərdən biri Fransa vətəndaşıdır.
Dalga tv Sonxeber.az-a istinadən verdiyi xəbərə görə, bu barədə Boqota meri Enrike Penyalosa bildirib. Daha 11 nəfər isə müxtəlif xəsarətlər alıb.
Ölənlərin hamısı 23-31 yaşlı qadınlardır.
Kolumbiyanın paytaxtı Boqotada ticarət mərkəzində güclü partlayış törədilib.
Sonxeber.az - ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Boqota meri Enrike Penyalosa partlayışın terror aktı olduğunu bildirib. Onun sözlərinə görə, insident nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.
Hadisə şahidlərinin sözlərinə görə, partlayış "Centro Andino" ticarət mərkəzinin ikinci mərtəbəsindəki tualetdə baş verib.
Hadisə yerinə təcili yardım maşınları və polislər cəlb edilib.