Türkiyə-İran sərhədində partlayış: İki Azərbaycan vətəndaşı yaralandı

Bu gün Türkiyə vaxtı ilə 07:15-də Aralık rayonunun yaxınlığındakı Kiçik Ağrı dağının ətəyində partlayış baş verib. 

Dalga tv Oxu.Az -aistinadən xəbər verir ki, hadisə nəticəsində Azərbaycan vətəndaşları Razi Aslanov və Ruslan Abışov yaralanıb.

Sərhəddə yaxın ərazilərdə olan minaları təmizləyən qrupun əslən Azərbaycandan olan üzvləri 35 yaşlı Razi Aslanov və 38 yaşlı Ruslan Abışov aşkar etdikləri minaları zərərsizləşdirmək üçün xüsusi ayrılmış məkana apararkən partlayış baş verib. 

Hadisə nəticəsində Razi Aslanov əlləri və gözündən, onun arxasınca gələn Ruslan Abışov isə ayaqları və bədənin müxtəlif yerlərindən xəsarət alıb. 

Yaralılar İğdır Dövlət Xəstəxanasına yerləşdiriliblər. 

Məlumata görə, həmin ərazilərin minalardan təmizlənməsi ilə Türkiyə, Azərbaycan və Mozambik mütəxəssisləri birgə məşğul olurlar. 

Partlayışla əlaqədar araşdırma başlayıb.