Tatarıstanda avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Tatarıstanda avtobus və yanacaq daşıyan yük maşınının toqquşması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb, 15 nəfər xəsarət alıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya İstintaq Komitəsinin regional İstintaq İdarəsinin rəhbərinin köməkçisi Elvira  Qazizova bildirib.

Xatırladaq ki, Samara-İjevsk marşrutu üzrə hərəkətdə olan avtobus iyulun 2-nə keçən gecə yük maşını ilə toqquşub. Qəza zamanı avtobus aşaraq yanıb.