Türkiyədə polis məntəqəsinə hücum olub, 2 nəfər ölüb

Türkiyənin Xatay şəhərində polis məntəqəsi silahlı hücuma məruz qalıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində yaralanan 3 polis əməkdaşı xəstəxanaya çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, onlardan 2-nin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə xeyli sayda polis cəlb edilib. Cinayətkarların tutulması istiqamətində əməliyyat başlayıb.

Məlumata əsasən, polis məntəqəsinin yaxınlığında sahibləri tərəfindən atılmış avtomobil aşkarlanıb.