Türkiyədə güclü zəlzələ – Bodrum silkələndi

Türkiyənin Pınarlıbelen-Bodrum səmtində zəlzələ olub.

Dalga tv Oxu.Az -a istinadən xəbər verir ki, 11:42 radələrində baş verən təkanlar əvvəlcə 5.1, sonra isə 5.3 bal gücündə olub. Zəlzələnin episentri 1.6 km dərinlikdədir.

Gökova sahillərində 3.4 bal gücündə başqa bir zəlzələ qeydə alınıb. Gecə saatlarında isə 4.3 bal gücündə yeraltı təkanlar hiss edilib.

Zəlzələ 17.49 km dərinlikdə qeydə alınıb.