Suriyada Rusiya hərbi təyyarəsi qəzaya uğradı
Rusiya Hava Kosmik Qüvvələrinə məxsus Su-24 bombardmançı təyyarəsi Suriyanın Hmeymim aerodromundan havaya qalxarkən qəzaya uğrayıb. İ,ki pilot ölüb.
Dalga tv-nin Oxu.Az-a istinadən məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər yayıb.
“Oktyabrın 10-da Su-24 bombardmançı təyyarəsi Hmeymim (Suriya) aerodromundan havaya qalxmağa çalışarkən, uçuş-enmə zolağından kənara çıxaraq parçalanıb. Təyyarənin heyəti katapult etməyə imkan tapmayıb və həlak olub”, - deyə məlumatda bildirilir.
Müdafiə Nazirliyinin hadisə yerindən hesabatına əsasən, qəzaya təyyarənin texniki nasazlığı səbəb olub.