İstanbulda məktəblilərə atəş açıldı – Yaralananlar var

İstanbulda Pendik rayonunda naməlum şəxs məktəbli uşaqlara hücum edib.
 
Dalga tv Oxu.Az-a istinadan xəbər verir ki, naməlum şəxs uşaqlar məktəbdən çıxarkən onlara silahla atəş açıb. İnsident nəticəsində 3 uşaq yaralanıb.

Hadisə yerinə polis və tibbi briqada cəlb olunub.
 
Məlumata görə, hadisədən sonra hadisəni törədən şəxs intihar etmək istəyib.
Hadisənin təfərrüatları və yaralı şagirdlərin vəziyyəti barədə detallar verilməyib.