London metrosunda naməlum şəxs insanlara hücum edib

London metrosunun “Parsons Green” stansiyası yaxınlığında naməlum şəxsin bıçaqla insanlara hücumu etməsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Dalga tv-nin Oxu.Az-a istinadən məlumatına görə, yaralılar xəstəxanaya yerləşdirilib.

Polis ərazini əhatəyə alıb və faktla bağlı təhqiqata başlayıb. “Parsons Green” metro stansiyası sərnişinlər üçün bağlanıb.