Türkiyədə partlayış törədilib, 12 polis yaralanıb

Türkiyənin Mersin şəhərində polis avtomobilinin partladılması nəticəsində 12 nəfər yaralanıb.

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bu barədə Mersin Valiliyindən bildirilib.

Yaralananlar polis əməkdaşlarıdır.

İHA-nın yaydığı məlumatda bildirilir ki, partlayıcı qurğu zibil qutusunda quraşdırılıb. Polis avtomobili zibil qutusunun yanından keçən anda partlayıcı qurğu məsafədən işə salınıb.