İŞİD-in "paytaxt"ı Rakka terrorçulardan azad edildi
Uzun müddət İŞİD-in əlində olan, terrorçuların "paytaxt" elan etdikləri Suriyanın Rakka şəhəri azad edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə terrorçuların fəaliyyətinin analizi ilə məşğul olan “Directorate 4” məlumat yayıb.
Terrorçuların Rakkanın zəbt etdikləri sonuncu rayonundan çıxarıldığını göstərən video çarx da yayımlanıb.
Hazırda Rakkanın tam olaraq Suriya Demokratik Qüvvələrinin nəzarəti altında olduğu bildirilir.