ABŞ-da 50 vaqondan ibarət yük qatarı binaların üzərinə aşdı

ABŞ-ın Tennesi ştatında yük qatarı relsdən çıxıb.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, yük qatarı 50 vaqondan ibarət olub. Qatar relsdən çıxdıqdan sonra yaxınlıqdakı binalara çırpılıb.

Məlumata əsasən, ölən və xəsarət alan olmayıb. Bir neçə binaya ciddi ziyan dəyib.