Yaponiyada insanlar qasırğanın qurbanı oldular

Yaponiyanın mərkəzində tüğyan edən “Lan” qasırğası nəticəsində 7 nəfər ölüb, daha 90 nəfər yaralanıb.

Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, təbii fəlakət, əsasən, Sidzuoka prefekturasında fəsad törədib.

Qasırğa daha sonra Kanto regionundan Yaponiyanın şərq hissəsinə istiqamət alıb.