Vyetnamda qasırğa: Ölən və itkin düşənlər var
Vyetnamda baş verən "Damri" qasırğası nəticəsində ölənlərin sayı 89 nəfərə çatıb.
Dalga tv Oxu.Az-a istinadən xəbər verir ki, 18 nəfər itkin düşüb.
Həmçinin bildirilir ki, 174 nəfər təbii fəlakət nəticəsində xəsarət alıb.
Bundan əvvəl ölənlərin 49 nəfər olduğu bildirilirdi.