Bağdadda törədilən partlayış nəticəsində 12 nəfər ölüb, 30 nəfər yaralanıb

İraqın paytaxtı Bağdadda törədilən partlayış nəticəsində azı 12 nəfər ölüb.

Dalga tv apa-ya istinadən xəbər verir ki, bu barədə "Əl-Ərəbiyə" telekanalı İraqın Daxili işlər nazirliyinə istinadən xəbər verib.

Terrorçu-kamikadzelərin hücumu zamanı azı 30 nəfər yaralanıb.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.