Dalga Televiziyasi Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2132
DünənDünən5773
Bu həftəBu həftə38848
Bu ayBu ay44636
Bu günə qədərBu günə qədər8406267

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Azərbaycan Prezidenti İlham Əliyev qanunvericilik təşəbbüsü ilə çıxış edərək, Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərib.



"Dalğa TV"nin məlumatına görə, qanun layihəsində qeyd olunub ki, bu il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.

Prezident İlham Əliyev tərəfindən imzalanmış fərmanla lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin son iclasında sahibkarlıq sahəsində yoxlamalardan çoxsaylı şikayətlərin daxil olmasını, yoxlamaların, eləcə də lisenziyaların sayının həddindən artıq çox olmasını, göstərilən sahədə sui-istifadə hallarını qeyd edib, belə halların qarşısının alınacağını, nəticə çıxarmayanların cəzalandırılacağını bildirib.

Saytda Axtarış

Son xəbərlər