Dalga Televiziyasi Ermənistanda həbs olunan azərbaycanlının məhkəməsi noyabrın 26-na təxirə salınıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün831
DünənDünən5773
Bu həftəBu həftə37547
Bu ayBu ay43335
Bu günə qədərBu günə qədər8404966

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Ermənistanda həbs olunan azərbaycanlının məhkəməsi noyabrın 26-na təxirə salınıb

მომხმარებლის შეფასება: / 0
ცუდისაუკეთესო 

Ermənistanda saxlanılan Gürcüstan vətəndaşı, milliyətcə azərbaycanlı Turqay Mikayılovun işi üzrə məhkəmə prosesi noyabrın 26-a təyin edilib.

"Dalğa TV"nin "news.am"a istinadən verdiyi məlumata görə, bu barədə Lori rayonu məhkəməsindən bildiriblər. Məlumata görə, daha əvvəl noyabrın 2-də təyin olunan prosesin vaxtının dəyişdirilməsinə qərar verilib.

İddiaya əsasən, Faxralı kənd sakini, 35 yaşlı T. Mikayılov 2015-ci il iyunun 23-də Lori rayonunun Dzyunaşox kəndi istiqamətində Gürcüstan-Ermənistan sərhədini qanunsuz keçib. Fakt üzrə "sərhədi qanunsuz keçmə" maddəsi ilə cinayət işi açılıb. Bu maddədə 100 min dram məbləğində cərimə və ya 3 il müddətinə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Xatırladaq ki, T. Mikayılovun qohumu Bahar Mikayılova APA-ya onun yolu azaraq, Ermənistanın Cücə kəndinə keçdiyini bildirib. Həmin kənd sakinləri onu saxlayaraq Ermənistan sərhədçilərinə təhvil veriblər.

Saytda Axtarış

ახალი ამბები