Dalga Televiziyasi Kanadalı tələbələr Gürcüstanda azərbaycanlıların yaşadığı ərazidə arxeoloji qazıntı işləri ilə tanış olublar
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün4240
DünənDünən5773
Bu həftəBu həftə40956
Bu ayBu ay46744
Bu günə qədərBu günə qədər8408375

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Kanadalı tələbələr Gürcüstanda azərbaycanlıların yaşadığı ərazidə arxeoloji qazıntı işləri ilə tanış olublar

Toronto Universitetinin müəllim və tələbələri, Gürcüstan Milli Muzeyinin əməkdaşları, Kvemo Kartli bölgəsinin icra nümayəndələri azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun İmir kəndində olublar.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, yerli və xarici arxeoloqlar kəndin yaxınlığındakı İmir Təpəsində aparılan arxeoloji qazıntılara baxış keçiriblər, habelə Marneulidəki tarixi abidələrə aid sərgi ilə tanış olublar.

İmir Şomu Təpə arxeoloji ekspedisiyanın rəhbəri, professor Mindia Calabadze arxeoloji qazıntı barədə məlumat verib: “Biz Toronto Universitetinin mütəxəssisləri ilə birgə üç ildir arxeoloji qazıntılar aparırıq. Qazıntı apardığımız yerdə qədim insanlar yaşayıb. Onlar kənd təsərrüfatı məhsulları, o cümlədən üzüm becəriblər. Müxtəlif tarixi dövrlərdə becərilən üzüm toxumu tapmışıq. Hazırda bu toxum Gürcüstanın Milli Muzeyində saxlanılır. Mütəxəssislərimiz üzüm toxumunun laboratoriya üsulu ilə xüsusiyyətini araşdırırlar, tarixən bu torpaqda üzüm becərildiyini və şərabçılıq mədəniyyətinin İmir Təpəsi ərazilərində inkişaf etdirildiyini təsdiqləmək üçün arxeoloji qazıntıların xəritəsini genişləndirirlər. 8 min il bundan öncə cənubdan gələn insanlar bu bölgədə məskunlaşıblar, burada kənd təsərrüfatını inkişaf etdirməyə başlayıblar. Şomu Təpə Mədəniyyətinə Azərbaycan, eləcə də Türkiyədə rast gəlinir. Düşünürəm ki, biz bu layihəni davam etdirəcəyik və gələcəkdə yaxınlıqda olan Şulaveri Şomu Təpə Mədəniyyətinə keçəcəyik”.

Qazıntılara baxış keçirən Toronto Universitetinin mütəxəssisi, professor Stiven Batuki bildirib ki, İmir Təpəsi qədim yerdir: “Burada ilk dəfə qazıntı aparanda, kənd təsərrüfatı alətləri, müxtəlif əşyalar və yaşayış yerləri aşkar etdik. Sonra şərabçılığa aid əşyalar və üzüm toxumu tapdıq. Arxeoloji tədqiqat zamanı neolit dövrünə aid abidələrə rast gəldik. İmir Təpəsində qədim zamanlarda kimlərin yaşadığını hələlik müəyyənləşdirməmişik”.

Saytda Axtarış

ახალი ამბები