Dalga Televiziyasi “Qarabağ” – “Arsenal” oyununda anşlaq olacaq
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün751
DünənDünən6203
Bu həftəBu həftə19450
Bu ayBu ay25238
Bu günə qədərBu günə qədər8386869

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


“Qarabağ” – “Arsenal” oyununda anşlaq olacaq

Bu gün Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində oyunlar keçiriləcək.

"Qarabağ"ın İngiltərənin "Arsenal" komandası ilə oyununa maraq həddindən artıq böyükdür.

Klubdan aldığımız məlumata görə, artıq təxminən 70 minlik tamaşaçı tutumuna malik stadiona 65 mindən çox bilet satılıb. Bu isə o deməkdir ki, oyun saatınadək bütün biletlər satılacaq.

 

Artıq ən ucuz – 2, 5 və 10 manatlıq biletlər çoxdan satılıb. Bu gün isə 15 və 20 manatlıq biletlər də tükənib. Hazırkı məlumata görə, yalnız 50 manatlıq biletlər qalıb. Onların sayı 51-ə bərabərdir. "Arsenal" azarkeşləri üçün ayrılmış sektor və digər yerlərə isə təhlükəsizlik səbəbindən bilet satışı həyata keçirilmir.

Qeyd edək ki, "Qarabağ" – "Arsenal" oyunu bu gün saat 20:55-də başlayacaq. Görüş Bakı Olimpiya Stadionunda keçiriləcək.

Saytda Axtarış

ახალი ამბები