Dalga Televiziyasi Tbilisidə keçirilən konfransda həmkarlar ittifaqlarının qarşılaşdıqları problemlərin həlli yolları araşdırılır
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün169
DünənDünən6004
Bu həftəBu həftə31112
Bu ayBu ay36900
Bu günə qədərBu günə qədər8398531

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tbilisidə keçirilən konfransda həmkarlar ittifaqlarının qarşılaşdıqları problemlərin həlli yolları araşdırılır

Tbilisidə Avropa, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin həmkarlar ittifaqlarını özündə birləşdirən Pan Avropa Regional Şurasının konfransı keçirilir. Konfransda ölkəmizi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Aqil Dadaşov təmsil edir.

Tədbirin məqsədi Şuraya üzv ölkələrin həmkarlar ittifaqlarının qarşılaşdıqları problemləri müzakirə etmək, onların həlli üçün yeni üsullar, yollar axtarmaq, gələcək inkişaf və fəaliyyət proqramlarını hazırlamaqdır.

İclasda bildirilib ki, bu gün dünyada maliyyə böhranından əziyyət çəkən ölkələrdə işsizlik problemi hökm sürür. Bəzi müəssisə və təşkilatlar ciddi ixtisarlar edirlər, nəticədə insanların həyat şəraiti pisləşir və bu da həmkarlar ittifaqlarını narahat edən məsələlərdən biridir. Məqsəd bunun qarşısını almaq üçün yeni yollar axtarmaqdır.

Müzakirələr oktyabrın 21-də davam etdiriləcək və sonda Pan Avropa Regional Şurasının proqram sənədi hazırlanaraq qəbul ediləcək.

Aqil Dadaşov AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib ki, Azərbaycan 2000-ci ildən 300 milyondan çox üzvü olan Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. Ölkəmizdə həyata keçirilən islahatlar, AHİK-in fəaliyyəti beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Onlar da bilirlər ki, Azərbaycanda həmkarlar ittifaqlarının möhkəm hüquqi bazası vardır. Bu ölkələr içərisində həmkarlar ittifaqları ilə bağlı ilk qanun da 1994-cü ildə Azərbaycanda qəbul olunub. Sonradan bu qanuna bir sıra əlavə və dəyişikliklər olunmaqla daha da təkmilləşdirilib və mükəmməl qanun hazırlanıb. Eyni zamanda, Əmək Məcəlləsinə dəyişiklik olunub və həmkarlar ittifaqlarının bütün tələbləri də həmin sənəddə əksini tapıb. Bu sənədlərlə ölkəmizdə həmkarlar ittifaqlarının üzvlərinin hüquqları yüksək səviyyədə qorunur.

Qeyd olunub ki, Azərbaycan həm də Beynəlxalq Əmək Təşkilatının üzvüdür. Bu təşkilatın da sosial tərəfdaşlarla işləmək prinsipi var və Azərbaycanda da bu prinsipə yüksək əməl olunur. Azərbaycanda Nazirlər Kabineti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar Milli Konfederasiyası arasında baş saziş imzalanıb. Bu sazişdə də hökumətin, həmkarların və sahibkarların öhdəlikləri öz əksini tapıb. Avropa təşkilatları da bunu bilir və yüksək qiymətləndirirlər.

Saytda Axtarış

ახალი ამბები