Dalga Televiziyasi Tbilisidə azərbaycanlı şagirdi təhqir etmiş müəllimə qarşı etiraz aksiyası keçirilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3221
DünənDünən5773
Bu həftəBu həftə39937
Bu ayBu ay45725
Bu günə qədərBu günə qədər8407356

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tbilisidə azərbaycanlı şagirdi təhqir etmiş müəllimə qarşı etiraz aksiyası keçirilib

Tbilisi şəhərində 67 saylı ictimai məktəbin bir qrup şagirdi etiraz aksiyası keçirib.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, aksiyaya səbəb məktəbin kimya müəllimi Dodo Kezuanın şagirdlərə qarşı təhqir və fiziki zorakılığa yol verməsidir.


Məktəbin qəyyumluq şurasının üzvü Natia Maxaraşvili bildirib ki, D.Kezua son illər 3 şagirdi döyüb və azərbaycanlı şagirdləri təhqir edib: “Kimya müəlliminə qarşı bizim haqlı ittihamlarımız var. Sonuncu fakt təxminən 10 gün əvvəl baş verib. Həmin müəllim səkkizinci sinif şagirdini döyüb, azərbaycanlı qız şagirdi isə təhqir edib".


N. Maxaraşvili qeyd edib ki, müəllimlə bağlı şikayətləri nəzərə alınmasa, Azərbaycan səfirliyinə müraciət edəcək.

Hazırda D.Kezuanın sağlamlıq vəziyyəti ilə bağlı məktəbə gəlmədiyi bildirilir. Məktəbin direktoru Mariam Tavartkiladze isə dərs prosesinin başa çatmasından sonra saat 15:00-da məsələyə münasibət açıqlayacağını deyib.

Gürcüstanın Təhsil və Elm Nazirliyi 67 saylı məktəbdə mümkün etnik diskriminasiya faktlarını araşdırmağa başlayıb və bir neçə gündən sonra bununla bağlı rəsmi məlumat yayacaq.   

 

Saytda Axtarış

Son xəbərlər