Dalga Televiziyasi Azərbaycanda şok olay: 15 günlük uşaq küçəyə atıldı
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün115
DünənDünən5773
Bu həftəBu həftə36831
Bu ayBu ay42619
Bu günə qədərBu günə qədər8404250

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycanda şok olay: 15 günlük uşaq küçəyə atıldı

Azərbaycanda 15 günlük körpə kimsəsiz qalıb.

Dalga tv  Oxu.Az-a istinadən xəbər verir ki, uşaq dekabrın 6-da Sumqayıtda dünyaya gəlib. Ancaq ana uşağı nikahdankənar dünyaya gətirdiyi üçün ondan imtina edib. Körpənin anası əvvəl evli olub, boşandıqdan sonra başqası ilə münasibət qurub. Məlumata görə, uşaq atıldıqdan sonra onu tapan şəxs bir müddət kafedə saxlayıb. Hazırda oğlan uşağı olan körpənin qanun çərçivəsində körpələr evinə verilməsi üçün iş aparılır.

Artıq məsələ ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə də münasibət bildirib. O qeyd edib ki, məlumatı paylaşan şəxsə bildirdim ki, uşağın şəklini açıq qoymaq olmaz: “Buna insan alveri demək olar. Bununla bağlı mütləq rayon icra hakimiyyətinə və polisə məlumat vermək lazımdır. Qanuna uyğun olaraq uşaq körpələr evinə təhvil verilməlidir”.

Saytda Axtarış

Son xəbərlər