Dalga Televiziyasi 2011-2013-cü illərdə dünyada aclıqdan əziyyət çəkənlərin sayı azalmışdır
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün706
DünənDünən5185
Bu həftəBu həftə706
Bu ayBu ay48395
Bu günə qədərBu günə qədər8410026

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


2011-2013-cü illərdə dünyada aclıqdan əziyyət çəkənlərin sayı azalmışdır

2011-2013-cü illərdə dünyada aclıqdan əziyyət çəkənlərin sayı azalaraq 842 milyon nəfərə çatmışdır.
Bu məlumat BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (İFAD) və Dünya Ərzaq Proqramının (VPP) çərşənbə axşamı dərc edilmiş məruzəsində öz əksini tapmışdır.
Müqayisə üçün deyək ki, 2010-2012-ci illərdə xroniki aclıq ilə üzləşən insanların sayı 870 milyona yaxın idi. Başqa sözlə desək, həmin dövrdə planetin orta hesabla hər 8 nəfərindən biri aclıq çəkirdi.
Sənəddə deyilir: “İnkişaf etməkdə olan ölkələrdə iqtisadi artımın davam etməsi nəticəsində gəlirlər artmış, ərzaq məhsulları daha əlyetərli olmuşdur”.
FAO-nun məlumatına görə, 1990-1992–ci illərdən bəri aclıq çəkən insanların ümumi sayı 17 faiz azalaraq 995,5 milyon nəfərdən 826,6 milyon nəfərə enmişdir.
Məruzədə o da qeyd edilir ki, Asiyanın və Şimali Afrikanın bəzi ölkələrində bu sahədə vəziyyət praktiki olaraq dəyişməmişdir.

Saytda Axtarış

Son xəbərlər