Dalga Televiziyasi Türkiyədə sərnişin təyyarəsini Soçiyə qaçırmağa cəhd olub
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1498
DünənDünən5185
Bu həftəBu həftə1498
Bu ayBu ay49187
Bu günə qədərBu günə qədər8410818

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Türkiyədə sərnişin təyyarəsini Soçiyə qaçırmağa cəhd olub

Türkiyədə Xarkov-İstanbul reysini həyata keçirən sərnişin təyyarəsini qaçırmağa cəhd olub. APA-nın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, 110 nəfər sərnişinin və ekipaj üzvlərinin içində olduğu təyyarədəki sərnişinlərdən biri üstündə bomba olduğunu deyib və təyyarənin Soçiyə istiqamətlənməsini tələb edib.

alt

Pilot təyyarəni İstanbulun Sabiha Gökçən Hava Limanına endirib.

Lakin hələ də üstündə bomba olduğunu deyən şəxs və sərnişinlər təyyarənin içindədir. 

Türkiyənin “Pegasus” şirkətinə məxsus olan təyyarəni bomba ilə təhdid edən şəxsin ukraynalı olduğu bildirilir.

Məlumata görə, sərnişinin bu hərəkətindən sonra pilotun mərkəzə verdiyi siqnalla Balıkesirdəki F-16 döyüş təyyarəsi havaya qaldırılıb.

Türkiyənin Nəqliyyat Nazirliyinin hadisə ilə bağlı yaydığı açıqlamada bildirilib ki, Xarkov- Sabiha Gökçen reysini həyata keçirən və “Pegasus” şirkətinə məxsus, içərisində 110 nəfər sərnişinin olduğu təyyarə sərnişinlərdən birinin bomba təhdidindən sonra təhlükəsiz şəkildə Sabiha Gökçen Hava Limanına endirilib.

Nazirlik bildirib ki, təyyarə ətrafında təhlükəsizlik tədbirləri görülüb.

Qeyd edək ki, bu gün Soçidə XXII Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilir.

Saytda Axtarış

Son xəbərlər