Dalga Televiziyasi Azərbaycan və Ermənistan gəncləri görüşəcək
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün673
DünənDünən5185
Bu həftəBu həftə673
Bu ayBu ay48362
Bu günə qədərBu günə qədər8409993

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycan və Ermənistan gəncləri görüşəcək

alt

Vyanada Azərbaycan və Ermənistan gənclərinin görüşü keçiriləcək.

APA-nın verdiyi məlumata görə, bu gün Azərbaycan tərəfdən görüşdə iştirak edəcək bir qrup gənc Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin xətti ilə Vyanaya yolu düşüb.

Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva APA-ya açıqlamasında məlumatı təsdiqləyib.

O görüşü Brüsseldə fəaliyyət göstərən və Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin tərəfdaşı olan bir təşkilat tərəfindən təşkil olunduğunu bildirib. Ancaq o, görüşü təşkil edən partnyor təşkilatın adını və iki ölkənin gəncləri arasında keçiriləcək görüşün məqsədini açıqlamayıb.

A. Abdullyayeva bunu bu gün Azərbaycanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti təmsilçilərinin, jurnalistlərin, fəalların, gənclərin görüşlərinə sərgilənən yanaşma və Vyanadakı görüş barədə yalnız partnyor təşkilatın geniş məlumat yaymaq səlahiyyətinə malik olması ilə izah edib.

Saytda Axtarış

ახალი ამბები