Dalga Televiziyasi Marneulidə Rusiya-Gürcüstan müharibəsinin 6-cı ildönümü qeyd edilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1146
DünənDünən5185
Bu həftəBu həftə1146
Bu ayBu ay48835
Bu günə qədərBu günə qədər8410466

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Marneulidə Rusiya-Gürcüstan müharibəsinin 6-cı ildönümü qeyd edilib

alt

Marneulidə 2008-ci ilin avqustun 8-də baş verən Rusiya-Gürcüstan müharibəsinin 6-cı ildönümü qeyd olunub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, həmin gün Gürcüstanın bir çox şəhərlərindəki hərbi bazaların əraziləri, o cümlədən Marneulidəki hərbi baza da bombalanıb, insanlar ölüb və xəsarət alıblar.

Marneulidə Avqust müharibəsinin 6-cı ildönümü tədbirində Marneuli icra hakimiyyətinin başçısı Merab Topçişvili, rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev və digər rəsmi şəxslər, gürcü və azərbaycanlı ictimaiyyət nümayəndələri iştirak edib. M. Topçişvili Marneulidəki hərbi bazanın bombalanması zamanı həlak olan ailələrə birdəfəlik olaraq 500 lari məbləğində kömək edəcəyinə söz verib.

Məlumata görə, Avqust müharibəsində 228 dinc sakin, 170 hərbçi və 14 polis həlak olub, 8 əsgər itkin düşüb,150 mindən çox insan ev-eşiyini məcburi tərk edib, 30 min əhali indiyədək köçkün həyatı yaşayır.

Saytda Axtarış

Son xəbərlər