Dalga Televiziyasi Tatlısəs altı gündür oyanmır
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2588
DünənDünən5185
Bu həftəBu həftə2588
Bu ayBu ay50277
Bu günə qədərBu günə qədər8411908

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tatlısəs altı gündür oyanmır

alt

Başından silahla vurulan, uzun müddət ölüm-dirim mübarizəsi aparan İbrahim Tatlısəs yenidən əməliyyat olunmasından sonra reanimasiyada yatırılır. ANS PRESS-in məlumatına görə, martın 9-da ABŞ-ın Florida ştatının Mayami şəhərində beyin əməliyyatı keçirən məşhur türk müğənnisi İbrahim Tatlısəs 5 saatlıq əməliyyatdan sonra reanimasyaya köçürülmüşdü.

Artıq bu gün də daxil olmaqla, 6 gündür ki, yuxudan oyanmayan müğənninin vəziyyəti yaxınlarını dərin hüznə qərq edib. Həkimlər sənətçinin həyati təhlükə ilə üz-üzə olduğunu bildirirlər.

Onu da bildirək ki, İ.Tatlısəs 2011-ci ildə silahlı hücuma məruz qalıb. Başından silahla yaralanan müğənni illərdir ki, müalicə alsa da hələ tam sağalmayıb. O, uzun müddət davam edən müalicədən sonra qismən səhhəti yaxşılaşmışdı, lakin qırılan beyin sümüyü riskli olduğu üçün çıxarılmayıb və sol tərəfi iflic qalıb. Məşhur türküçü həmin sümüyün çıxarılması üçün Mayamidə yenidən əməliyyat olundu. O, əməliyyatın riskli olduğunu nəzərə alaraq əvvəlcədən yaxınları və dostları ilə halallaşıb.

Saytda Axtarış

Son xəbərlər