Dalga Televiziyasi Ərdoğan Türkiyənin Azərbaycana hər cür dəstək verməyə hazır olduğunu bəyan etdi
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3249
DünənDünən5185
Bu həftəBu həftə3249
Bu ayBu ay50938
Bu günə qədərBu günə qədər8412569

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Ərdoğan Türkiyənin Azərbaycana hər cür dəstək verməyə hazır olduğunu bəyan etdi

altTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan dövlət başçısı İlham Əliyevə başsağlığı verib. Modern.az xəbər verir ki, Türkiyə rəhbərinin Binəqədi rayonu ərazisində baş vermiş yanğın hadisəsində həyatını itirənlərə görə Azərbaycan prezidentinə verdiyi başsağlığında deyilir:

Hörmətli Prezident, əziz qardaşım,

Bakıdakı yaşayış binasında baş verən və çoxlu sayda insanın ölümünə səbəb olan yanğın hadisəsi haqqında xəbəri dərin kədər hissi ilə qarşıladım.

Bu faciəli hadisədə dünyasını dəyişən qardaş və bacılarımıza millətim adından və şəxsəm öz adımdan Allahdan rəhmət diləyir, onların ailələrinə, Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına başsağlığı verir, yaralılara tezliklə sağalmalarını arzu edirəm.

Ehtiyac yaranarsa, Türkiyənin bu məsələdə Azərbaycana hər cür dəstək verməyə hazır olduğuna heç bir şübhəniz qalmasın.

Sizə ən səmimi salamlarımı çatdırıram”.

Saytda Axtarış

Son xəbərlər