Dalga Televiziyasi ​Tbilisidə mədəniyyət sahəsində Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri üçün proqramlarının təqdimatı keçirilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3301
DünənDünən5185
Bu həftəBu həftə3301
Bu ayBu ay50990
Bu günə qədərBu günə qədər8412621

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


​Tbilisidə mədəniyyət sahəsində Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri üçün proqramlarının təqdimatı keçirilib

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Tbilisidə keçirilən konfransda, mədəniyyət sahəsində əməkdaşlıq və inkişafa dəstəyi nəzərdə tutan "Şərq tərəfdaşlığı" təşəbbüsü çərçivəsində Aİ-nin ilk proqramına start verilib.

"Dalğa TV" Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, beynəlxalq konfrans Gürcüstanın Mədəniyyət və abidələrin mühafizəsi nazirliyində keçirilib. Burada "Şərq Tərəfdaşlığı" ölkələri üçün üç əsas proqramın təqdimatı baş tutub.

"Mədəniyyət və yaradıcılıq" adlı proqram "Şərq Tərəfdaşlığı" ölkələrinin mədəniyyət sahəsində inkişafına həsr olunub. Təqdimat mərasimi proqrama qatılan altı ölkə - Gürcüstan, Azərbaycan, Ermənistan, Belarus, Ukrayna və Moldova nümayəndələrinin iştirakı ilə keçirilib. Proqram 2015-2018-ci illəri əhatə edir.

COMUS proqramı tarixi şəhərlərin inkişafına və onların abadlaşdırılması üzrə yeni strategiyalara vətəndaş cəmiyyətinin cəlb olunmasından ibarətdir. Tbilisidə keçirilən konfransda "Şərq Tərəfdaşlığı" ölkələrindən olan şəhər merləri iştirak edib.

Aİ-nin üçüncü proqramı "Yaradıcı Avropa" adlanır. Bu proqram Avropa kinematoqrafiyasının inkişafı və mədəniyyətin yaradıcı sahələrinin, xüsusilə də ifacılıq və təsviri sənət, musiqi, kino, televiziya, video oyunlar industriyası kimi istiqamətlərin dəstəklənməsinə yönəlib. Proqram, həmçinin mədəni və dil dəyərlərinin müxtəlifliyini qorumaq məqsədini də daşıyır.

Saytda Axtarış

Son xəbərlər