Dalga Televiziyasi Aİ ölkələri və Avropa Parlamenti Gürcüstan üçün viza rejiminin ləğvinə dair razılığa gəliblər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1711
DünənDünən4783
Bu həftəBu həftə6494
Bu ayBu ay54183
Bu günə qədərBu günə qədər8415814

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Aİ ölkələri və Avropa Parlamenti Gürcüstan üçün viza rejiminin ləğvinə dair razılığa gəliblər

Aİ ölkələrinin təmsil olunduğu Aİ Şurası və Avropa Parlamenti Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvinə dair siyasi razılaşmaya nail olublar.

Bundan sonra qərar, formal olaraq, Aİ Şurası tərəfindən təsdiqlənməlidir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Slovakiyanın sədrlik etdiyi Aİ Şurasının rəhbərliyindən bildirilib.

“Gürcüstan sakinləri yaxşı xəbərlər var: Aİ Şurası və Avropa Parlamenti arasında Gürcüstan üçün viza rejiminin liberallaşdırılmasına dair razılıq əldə olunub. Növbəti addım Aİ Şurasında atılacaq”, - deyə Aİ Şurasının rəhbərliyindən bildirilib.

Bundan əvvəl Aİ Şurası, Avroparlament və Avrokomissiya arasında üçüncü ölkələr üçün viza rejiminin dayandırılması mexanizminə dair ilkin razılaşma əldə olunub. Aİ-nin müvafiq qərarı Avroparlament tərəfindən dəstəklənməli, daha sonra Aİ Şurası tərəfindən rəsmi qaydada təsdiqlənməlidir.

Səsvermənin dekabrın 15-də Strasburqda Avroparlamentin plenar sessiyasında səsverməyə çıxarılacağı gözlənilir.

Saytda Axtarış

Son xəbərlər