Dalga Televiziyasi Gürcüstanda güclü külək fəsadlar törədib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1396
DünənDünən5185
Bu həftəBu həftə1396
Bu ayBu ay49085
Bu günə qədərBu günə qədər8410716

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda güclü külək fəsadlar törədib

Bu gün əsən güclü külək azərbaycanlıların kompakt yaşadığı Marneulidə fəsadlar törədib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, şəhərin Mazmişvili  küçəsində yerləşən “ATAHoldinq” İdman Sarayının qarşısındakı parkda bir küknar ağacı küləyin təsiri ilə aşaraq kökündən çıxıb, sarayın hasarını uçurub.

Ağacın budaqları yaxındakı evləri zədələyib, elektrik dirəyini əyərək, xətləri qırıb.  Hazırda həmin küçədə elektrik xətləri bərpa edilir.  

Marneulinin digər kəndlərində də fəsadlar qeydə alınıb. Baydar və Kürdlər kəndlərində əhalinin həyətyanı sahələrdəki istixanalarının örtüklərini külək aparıb. Saqareco rayon mərkəzində isə güclü külək ağacları kökündən aşırıb və nəticədə 10 avtomobil əzilib. Saqareco rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda avtomobil sahiblərinə dəyən ziyanı hesablamaq üçün komissiya yaradılıb.

 

Saytda Axtarış

Son xəbərlər