Dalga Televiziyasi Hindistanda kilsə bayramından sonra zəhərlənmə olub: 9 ölü, 200 yaralı
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün3723
DünənDünən5773
Bu həftəBu həftə40439
Bu ayBu ay46227
Bu günə qədərBu günə qədər8407858

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Hindistanda kilsə bayramından sonra zəhərlənmə olub: 9 ölü, 200 yaralı

Hindistanda dini mərasimdə ibadətdən sonra 9 nəfər qidadan zəhərlənərək ölüb.

Dalga tv "Report"a istinadən  xəbər verir ki, bu barədə "RİA Novosti" "Indian Express"ə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Meqhalay ştatında baş verib. Hadisə zamanı həmçinin yüzlərlə insan zəhərlənib.

"Yeddisi yeniyetmə yaşlarına çatmamış şəxs olmaqla, səkkiz nəfər Nongkya kəndində qidadan zəhərlənərək ölüb" – deyə dairə komissarının müavini bildirib. Bildirilir ki, sakinlər düyü və donuz ətini yeyiblər.

Hindistanın Səhiyyə Nazirliyinin yüksək vəzifəli məmurunun sözlərinə görə, yeniyetmə yaşına çatmamış daha 1 nəfər Umsninq şəhərində ölüb. Məlumatda həmçinin bildirilir ki, 200-ə yaxın sakin qidadan zəhərlənib. Onların əksəriyyəti xəstəxanaya yerləşdirilib.

Qida nümunələri Quaxati şəhərindəki tibbi laboratoriyaya göndərilib. 

Saytda Axtarış

Son xəbərlər