Dalga Televiziyasi Yaponiyada 9 nəfər anomal istilərin qurbanı oldu
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2070
DünənDünən2445
Bu həftəBu həftə12441
Bu ayBu ay93014
Bu günə qədərBu günə qədər8581906

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Yaponiyada 9 nəfər anomal istilərin qurbanı oldu

Yaponiyada davam edən anomal isti hava 9 nəfərin həyatına son qoyub.

Dalga tv-nin APA-ya istinadən verdiyi xəbərə görə, təxminən 1900 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Onların əksəriyyətini 65 yaşdan yuxarı insanlar təşkil edir.

İsti hava şəraiti Yaponiyada iyunun sonundan hökm sürür. Ayrı-ayrı günlərdə havanın temperaturu müsbət 35 dərəcəni keçir.

Ölkədə hərarətin yüksək həddə çatacağı proqnozlaşdıran yerli meteoroloqlar bunu, əvvəlki kimi, Sakit okeanda formalaşan “El-Ninyo” fenomeni ilə əlaqələndirirlər. “El-Ninyo” iqlim fenomeni okean və atmosfer cərəyanlarının dövretmə sxemlərinə təsir göstərir. Bu isə öz növbəsində yer kürəsində havaya və iqlimə təsir edir, bəzi regionlarda quraqlıqlara, digərlərində isə güclü yağışlara səbəb olur.

Saytda Axtarış

Son xəbərlər