Dalga Televiziyasi KİV: İranın keçmiş prezidenti Mahmud Əhmədinejad saxlanılıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1678
DünənDünən5773
Bu həftəBu həftə38394
Bu ayBu ay44182
Bu günə qədərBu günə qədər8405813

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


KİV: İranın keçmiş prezidenti Mahmud Əhmədinejad saxlanılıb

İranın sabiq prezidenti Mahmud Əhmədinejad ölkədə keçirilən hökumət əleyhinə aksiyalara dəstək verdiyi üçün saxlanılıb.

APA-nın məlumatına görə, bu barədə "Al-Quds Al-Arabi" qəzeti Tehrandakı mənbəyə istinadən məlumat yayıb.

Qəzet yazıb ki, M. Əhmədinejad Şiraza səfəri zamanı İranın ali dini rəhbəri Əli Xamneyinin göstərişi ilə saxlanılıb. M. Əhmədinejad ötən cümə axşamı Buşəhrdə aksiyaçılar qarşısında çıxışında deyib ki, bəzi məmurlar insanların problemlərindən uzaqdır və cəmiyyətdəki real vəziyyət barədə məlumatsızdırlar. M. Əhmədinejad insanların hazırkı hakimiyyətdən narazı olduğunu, hakimiyyətin resursları inhisara aldığını vurğulayıb.

Rəsmi Tehran hələ məsələyə rəsmi şərh verməyib. 

İranın sabiq prezidenti Mahmud Əhmədinejadın vəkili Seyid Adil Heydəri isə İLNA  xəbər agentliyinə açıqlamasında  deyib ki, sabiq prezidentin həbsi ilə bağlı yayılan xəbərlər doğru deyil. APA-nın Tehran bürosunun məlumatına görə,  M.Əhmədinejadın sosial media hesabında müavini Həmid Bəqayi ilə bağlı İranın Məhkəmə Sisteminin işini tənqid edən videolar yayımlanıb.

Saytda Axtarış

Son xəbərlər